Sərxuşluq
Sərxuşluq
Yetişməmış şəraba dönüb bu qara özüm
Bu qara gilələr
Acı – şirin
Bu möv geriye dönüb şərablaşır,
Kökündan şerab damır
Bir istəkan mən – bit istəkan sen
Qortum-qortum başıma çəkirəm
Gözümün önündə dəlilerim yallı çəkir
Sərxuşluq bir sərbəst şeirdir
Bir sərbəst zamanda
Başa düş
Mən sərxuşam
Gözlərini salxım-salxım içirəm
Yaşayışı tamsınıram,
Həyat dudağlarımdan doşab dalbınır
Aç gözünü
Qovaq başındakı laçin
İllər bundan bəri
Kefli-kefli bizə baxacaq
Bu gön ADALAR keflidir
Aç əlini;
Ovcunda mənim alnımım yazısı yazılıb
Aç könlünü;
Sərxuşluq bir sərbəst şeirdir,
Bir sərbəst zamanda
Sərbəst dillərdən
Sərbəst dudağlarda yayılır.
- adalar
- Şərhlər(5)
- Baxış sayı:99
- Aprel 21, 2008 23:48
- Bölməsiz


مرسی عزیز
Aprel 26, 2008 11:00